Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.
QOL.az xəbər verir ki, 4 qarşılaşmanın hamısı eyni gündə olacaq.
Oyunlardan biri Bakı vaxtı ilə saat 20:45-də, digər 3-ü isə 23:00-da başlayacaq.
9 aprel
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
20:45. "Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan)
23:00. "Şaxtyor" (Ukrayna) – "AZ Alkmaar" (Niderland)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya)
23:00. "Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa)
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.