RU

Yunanıstanın Baş naziri: Dünya İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsini qəbul etməyəcək

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis İranın Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tələb etməsinin qəbuledilməz olduğunu bildirib və bunun dənizçilik azadlığı üçün təhlükəli presedent yaradacağını vurğulayıb.

Editor.az xəbər verir ki, Baş nazir beynəlxalq ictimaiyyətin Hörmüz boğazından keçid üçün İrana ödəniş edilməsini qəbul etməyəcəyini qeyd edib.

ABŞ mediasına müsahibəsində o bildirib:

“Beynəlxalq ictimaiyyətin İranın boğazdan keçən hər bir gəmidən rüsum almasına razı olacağını düşünmürəm. Məncə, bu tamamilə qəbuledilməz bir vəziyyətdir”.

K. Mitsotakis əlavə edib ki, ABŞ və İran arasında Hörmüz boğazından keçid üçün ödənişlə bağlı mümkün razılaşma dənizçilik azadlığı üçün təhlükəli presedent yarada bilər.

Baş nazir həmçinin qeyd edib ki, Lebanonda əldə olunan atəşkəs Iran, United States və Israel arasında ümumi atəşkəs prosesinin tərkib hissəsi olmalıdır.

//Gülnarə Abasova, Editor.az

Избранный
24
editor.az

1Источники