RU

Bu ölkədə matəm elan edildi

Livanda İsrail hücumları nəticəsində çoxsaylı itkilər qeydə alınmasından sonra bir günlük milli matəm elan edilib.Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Nəvaf Salamın Ofisi məlumat yayıb. Bildirilib ki, 9 aprel tarixində ölkə üzrə yas günü keçiriləcək, dövlət qurumlarının fəaliyyəti dayandırılacaq, bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İsrailin zərbələri nəticəsində 254 nəfər həlak olduğu qeyd olunur. Hücumların əsasən paytaxt Beyrut və ölkənin şərq və cənub bölgələrini əhatə edib. Bu əməliyyatlar son aylarda Livana qarşı həyata keçirilən ən genişmiqyaslı hücumlardan biri hesab olunur.

Избранный
7
3
metbuat.az

4Источники