Neft qiymətləri bu gün yenidən artıb. Buna səbəb Hörmüz boğazında fasilələrin davam etməsi və Yaxın Şərqdə yeni gərginliklərin enerji təchizatı ilə bağlı qeyri-müəyyənliyi artırması olub.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, iyun ayı üzrə fyuçerslərdə “Brent” markalı neftin qiyməti 2,5 faiz artaraq 97,10 dollar səviyyəsinə yüksəlib. ABŞ-ın “WTI” markalı xam nefti isə 97,09 dollara qalxıb və qiymətdə 2,8% artım qeydə alınıb.
Qeyd edək ki, hər iki əsas neft göstəricisi əvvəlki sessiyada 13 faizdən çox ucuzlaşmışdı. Bu kəskin ucuzlaşma atəşkəslə bağlı yaranan optimizmlə izah edilirdi.