RU

“The Guardian”: Tramp İranla bağlı “dəli nəzəriyyəsi”ndan istifadə edir

BAKI, 9 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları və sonradan atəşkəsə razılaşması keçmiş prezident Riçard Niksonun “dəli nəzəriyyəsi” ilə müqayisə olunur.

Teleqraf xəbər verir ki, “The Guardian” nəşrində dərc olunan məqalədə Trampın əvvəlcə İranı “sivilizasiya kimi məhv etməklə” hədələməsi, daha sonra isə Hörmüz boğazının açılması müqabilində geri addım atmasının diqqət çəkdiyi bildirilir.

Məqalədə qeyd olunur ki, “dəli nəzəriyyəsi” diplomatiyada qarşı tərəfi qorxutmaq üçün qeyri-sabit və gözlənilməz davranış nümayiş etdirməyə əsaslanır. Bu yanaşma vaxtilə Nikson tərəfindən Vyetnam müharibəsi dövründə istifadə olunub.

Bildirilir ki, Trampın da oxşar taktika ilə İranı təzyiq altında saxlayaraq güzəştlərə məcbur etməyə çalışdığı iddia olunur. Nəticədə Tehran Hörmüz boğazını yenidən açmağa razılaşıb, lakin bunun müqabilində müəyyən şərtlər irəli sürüb.

Məqalədə vurğulanır ki, bu cür strategiyanın effektivliyi mübahisəlidir və bəzi hallarda yalnız müvəqqəti nəticələr verir. Ekspertlər hesab edir ki, Tramp bu addımla zəif görünməmək üçün çıxış yolu axtarır.

Qeyd olunur ki, belə taktikanın ABŞ-nin beynəlxalq imicinə təsir göstərə biləcəyi və liderin etibarlılığı ilə bağlı suallar yarada biləcəyi də istisna edilmir.

Избранный
35
teleqraf.com

1Источники