RU

Aliu Sisse Liviya millisindən ayrıldı – ARENA.AZ

Futbol üzrə Liviya milli komandasının baş məşqçisi, Seneqaldan olan mütəxəssis Aliu Sisse vəzifəsindən ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, seneqallı mütəxəssis bu qərarını sosial media hesabında açıqlayıb.

50 yaşlı mütəxəssis mart ayında komanda ilə son təlim-məşq toplanışını keçdiyini bildirib. Sisse bu dövrü həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübə kimi qiymətləndirib. Məşqçilər heyətinə və futbolçulara təşəkkür edən mütəxəssis görülən işlərdən qürur duyduğunu vurğulayıb və komandanın gələcəyinə inandığını qeyd edib. O, həmçinin azarkeşlərə dəstəyə görə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, Aliu Sisse 2025-ci ilin mart ayından Liviya yığmasına rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 10 oyuna çıxarıb, 3 qələbə, 5 heç-heçə və 2 məğlubiyyət görüb.

Sisse daha öncə Seneqalın U-23 və əsas yığmalarına da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
1
11
arena.az

10Источники