RU

Çeçen ordusu İrana girib? Kadırov təcili açıqlama yaydı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çeçenistan lideri Ramzan Kadırov Rusiya respublikasından İrana göndərilən bölmələr barədə yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat siyasətçinin Teleqram kanalında dərc olunub.

“İnternetdə çeçen bölmələrinin Amerikanın quru hücumunu dəf etmək üçün İrana doğru irəlilədiyi barədə məlumatlar yayılıb. Əgər İran yalnız ABŞ və İsraillə döyüşsəydi, bu, çox güman ki, baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər”, – deyə o yazıb.

Kadırov bir istisna olmaqla, İrana dəstəyini vurğulayıb və bildirib ki, Tehranın Körfəz Ərəb ölkələrindəki mülki hədəflərə hücumları yol verilməzdir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
3
globalinfo.az

9Источники