RU

İtaliyanı dizə gətirən qəhrəman -

Bosniya və Herseqovinanın İtaliyanı məğlub edərək Dünya Kubokuna vəsiqə qazandığı matçda davranışı ilə diqqət çəkən yeniyetmə danışıb. Metbuat.az xəbər verir ki, topçu Afan Çizimiç italyan qapıçı Canluici Donnarummanın penalti qeydlərini götürüb gizlədərək, oyunun nəticəsinin müəyyən edilməsində əsas rol oynayıb. Qeyd edək ki, Bosniya və Herseqovina - İtaliya arasında oyunun əsas vəəlavə vaxtı 1-1 hesabı ilə başa çatıb. Penaltilər seriyasından əvvəl Canluici Donnarumma qeydlərini meydanın kənarında dəsmalın altında saxlayıb. Afan Çizimiç isə qeydləri götürərək gizlədib. Kağızda Bosniyalı oyunçuların penaltiləri necə yerinə yetirməli olduğunu izah edən qeydlər yer alıb. Donnarumma qeydlərini axtarsa da, tapa bilməyib. Qapıçı dörd penaltidən heç birinin qarşısını ala bilməyib.

Afan Çizimiç həmin maraqlı hadisə barədə, "Matçı diqqətlə izləyirdim. Hər zərbəni, hər seyvi hiss edirdim. Hər kəs kimi, özümü də həmin matçın bir hissəsi kimi hiss edirdim. Dəsmalının arxasında bir kağız qoyub oradan oxuduğunu gördüm. Bu, penalti vuran oyunçularımızın siyahısı idi. Elə o anda bir dilemma yarandı: götürməliyəm, ya yox? Çıxdım, kağızı götürdüm və qaçdım”, - deyə bildirib. O bildirib ki, italyan qapıçı kağızı tapmayanda təəccüblənib və qəzəblənib. Qeyd edək ki, kağız hərraca çıxarılacaq və bütün gəlir xeyriyyə təşkilatlarına bağışlanacaq.

Избранный
28
2
metbuat.az

3Источники