RU

Türkiyədə şübhəli hücum: İsrail konsulluğunu hansı qüvvə hədəf alıb?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aprelin 7-də İstanbulda İsrail konsulluğuna hücum cəhdi və yaşanan silahlı qarşıdurmaya görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu, regionda təhlükəsizliklə bağlı ciddi suallar doğurub.

Hadisənin arxasında hansı motivlər dayanır? Bu addım sadəcə lokal xarakterli terror aktıdır, yoxsa daha geniş planın tərkib hissəsidir?

Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Oktay deyib ki, İstanbulda bir ildən çoxdur istifadə olunmayan İsrail Baş Konsulluğuna edilən hücum İranla müharibə fonunda diqqəti yayındırmağa yönəlmiş bir əməliyyat kimi qiymətləndirilir:

“Müəyyən güc mərkəzlərinin təsiri altında olan qruplar bu təşkilata mənsub şəxslər vasitəsilə saxta bir aksiya həyata keçirərək diqqəti Türkiyəyə yönəltmək və ölkənin İran–ABŞ müharibəsindəki mövqeyinə təsir göstərmək məqsədi güdə bilər.

Hərçənd, hücumu İŞİD öz üzərinə götürüb, mövcud şəraitdə bu qruplaşma ilə bağlı belə bir addımın məntiqi və rasional görünmədiyi qeyd olunur. Bu baxımdan, hadisənin İŞİD görüntüsü altında Ankaraya mesaj vermək məqsədi daşıdığı ehtimal edilir. Türkiyənin İran–ABŞ qarşıdurmasında regionda gözləniləndən daha böyük təşəbbüs və rol ortaya qoyacağı nəzərə alınaraq, bəzi dairələrin ölkəni psixoloji təzyiq altında saxlamaq üçün belə bir addım atdığı iddia olunur.

Həsən Oktay

Hadisənin arxasında İŞİD-in olduğu deyilsə də, Türkiyə hücumun arxasındakı mexanizmləri yaxşı anlayır, əsl günahkarın kim olduğunu bilir.

Ölkənin qurucu lideri Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatları mənimsəmiş geniş bir kütlə mövcuddur və onları istənilən vaxt aktivləşdirmək mümkündür. İranın hazırda yaşadığı böhranın əksinə olaraq, Türkiyə Mustafa Kamalın həyata keçirdiyi dəyişikliklər sayəsində modern və müasir dövlətə çevrilib. Lakin bu inkişafları tam şəkildə mənimsəməyən qrupların mütəmadi olaraq radikallaşdırıldığı və təzyiqə məruz qaldığı bildirilir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
globalinfo.az

1Источники