RU

Gürcüstanın Tsalka bölgəsində karantin elan olunub

Tbilisi, 8 aprel, AZƏRTAC

Gürcüstanın Kvemo Kartli regionunun Tsalka rayonu ərazisində karantin elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırma nəticəsində 4 küçə itinin quduz tülkünü parçalamasından sonra ərazidə quduzluğun yayılma ehtimalı artıb.

Xəstəliyin yayılmasının lokallaşdırılması və aradan qaldırılması üçün Kvemo Kartli əyalət qubernatorunun əmri ilə Tsalka bələdiyyəsində karantin elan olunub və karantin tədbirlərinə başlanılıb.

Qeyd edək ki, bu il ölkə üzrə 3 quduzluq hadisəsi təsdiqlənib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
24
azertag.az

1Источники