RU

Braziliyada torpaq hüquqları səbəbindən etiraz aksiyası keçirilib

Braziliyanın paytaxtında minlərlə yerli sakin torpaq hüquqlarının pozulmasına etiraz olaraq genişmiqyaslı yürüş keçirib. Etirazçılar böyük şirkətlərin yerli xalqların torpaqlarına təzyiq göstərdiyini bildiriblər. 

“Associated Press” (AP) Agentliyi xəbər verir ki, aksiyanın əsas məqsədi torpaq hüquqlarının qorunması, meşələrin məhv edilməsinin qarşısının alınması və yerli ərazilərdə mədən işlərinin genişləndirilməsinə etiraz olub.

Artıq 22-ci dəfə keçirilən nümayişə Braziliyanın müxtəlif bölgələrindən təxminən 7 min yerli sakin qatılıb. Etirazçılar yürüş edərək Prezident Sarayı, Konqres və Ali Məhkəmənin yerləşdiyi meydana doğru hərəkət ediblər. 

Aksiya liderləri dövlətə də təzyiq göstərməyə çalışıblar. Onlar bildiriblər ki, hökumət bir tərəfdən yerli xalqların hüquqlarını dəstəklədiyini bəyan etsə də, digər tərəfdən neft, mədən və iri infrastruktur layihələrini irəli sürür.

Təhminə VERDİYEVA

“Azərbaycan”

Избранный
32
azerbaijan-news.az

1Источники