RU

Restoranda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirildi

Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, hadisə 2025-ci il sentyabrın 25-də saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən restoranda baş verib.

Namiq Şirinli restoranda olan insanların gözü qarşısında digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşıb pul tələb edib.

Onlar isə imtina etdikdə tərəflər arasında mübahisə yaranıb və məsələni aydınlaşdırmaq üçün restoranın həyətinə çıxıblar.

Namiq Şirinli xuliqanlıq niyyəti ilə bıçaqla Babək Qazıyevin qarın nahiyəsinə zərbə vurub.

Təqsirləndirilən Namiq Şirinli isə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.

Qeyd edək ki, Namiq Şirinliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.


Telegram kanalımız
Избранный
15
1
yenisabah.az

3Источники