"Kocaelispor" klubunun prezidenti Recep Durul qarşıdakı "Qalatasaray" qarşılaşması öncəsi komandasına olan inamını ifadə edən diqqətçəkən bəyanatlarla çıxış edib.

Offsideplus.az xəbər verir ki, prezident bahalı transferlərin deyil, kollektiv ruhun qalib gələcəyinə vurğu yapıb.

​"Bahalı ayaqlar deyil, komanda oyunu qazanır"

​Recep Durul komandanın keçmiş uğurlarını xatırladaraq bildirib ki, futbol meydanda adlarla deyil, mübarizə ilə qazanılır. O, açıqlamasında bu fikirlərə yer verib:

"Öz evimizdə yaxşı oyunla "Qalatasaray"ı məğlub etmişdik. Hər zaman bunu deyirəm; bahalı ayaqlar deyil, komanda oyunu hər zaman matçı qazanır. Bu futbolçular yenə meydana çıxacaq və aslanlar kimi mübarizə aparacaqlar."

​Klub rəhbəri komandanın hazırlıq səviyyəsindən razı olduğunu və səfərdən əliboş dönmək istəmədiklərini qeyd edib. Durul "İnşallah, xal və ya xallarla dönməyi ümid edirik," - deyərək həm bərabərlik, həm də qələbə üçün iddialı olduqlarını gizlətməyib.

​"Kocaelispor" camiəsində böyük həyəcanla gözlənilən bu qarşılaşma, klubun liqadakı iddialarını sübut etmək baxımından kritik əhəmiyyət kəsb edir.