Qətərin Xarici İşlər Nazirliyi İranın hücumları nəticəsində ölkəyə dəyən bütün ziyanın kompensasiya edilməli olduğunu açıqlayıb.
News365.az xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda bildirilib ki, İran tərəfindən həyata keçirilən hücumlar nəticəsində yaranmış maddi zərərin ödənilməsi Tehranın məsuliyyətindədir. Rəsmi Doha bu addımları ölkənin suverenliyinə qarşı ciddi pozuntu kimi qiymətləndirib.
Qeyd olunub ki, Qətər beynəlxalq hüquq çərçivəsində öz hüquqlarını qorumaq üçün müvafiq addımlar atmaq hüququnu özündə saxlayır.