RU

Qaraciyər xərçəngi və sirrozdan qorunmağın ən ucuz yolu: Hər gün bu içkini için!

Dünyada ən çox yayılan xəstəliklərdən biri olan qaraciyərin piylənməsinin vaxtında qarşısı alınmadıqda, sirroz və hətta xərçəng kimi ölümcül fəsadlara yol açır. Məşhur həkim-reabilitoloq Serqey Aqapkin və dietoloq Oleq Krivçenkov bu təhlükədən sığortalanmağın sadə üsulunu açıqlayıblar.

Publika.az xəbər verir ki, mütəxəssislər qaraciyəri qorumaq üçün rasiona kasnı (hindiba) bitkisindən hazırlanan içkini daxil etməyi tövsiyə edirlər.

Həkim S. Aqapkin bildirib ki, yağlı hepatoz əsasən yüksək kalorili qidalar qəbul edən insanlarda yaranır. Müalicə olunmadıqda isə bu vəziyyət qaraciyərin funksiyasının tamamilə itirilməsi ilə nəticələnir.

Dietoloq O. Krivçenkovun sözlərinə görə, kasnı bitkisinin tərkibindəki inulin maddəsi qaraciyərdəki iltihabı azaldır və həzm prosesini yaxşılaşdırır. Bundan əlavə, bu möcüzəvi içki qandakı şəkərin səviyyəsini tənzimləyir və "pis" xolesterini aşağı salaraq damarları da qoruyur.

Избранный
35
publika.az

1Источники