RU

Afət Həsənova seçicilərlə səyyar görüş keçirdi - FOTO

32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova bu gün bu gün - 08.04.2026-cı il tarixdə Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində (mədən ərazisi) yaşayan seçicilərilə növbəti səyyar görüş-qəbulunu keçirib.

Redaktor.az xəbər verir ki, deputat bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.

"Görüşdə əsasən yol məsələsinə dair onları narahat edən problemləri dinləyib müvafiq hüquqi izahlar verdim. Eyni zamanda məsələnin operativ həlli məqsədi ilə aidiyyəti üzrə müraciət edərək icrasını nəzarətə götürdüm", - deyə A.Həsənova yazıb.

T.İSMAYIL

222222222
Избранный
17
1
redaktor.az

2Источники