RU

Boşanma "yolxucu" imiş...

Boşanmanın "yoluxucu" təsiri olduğu iddia edilir.

Milli.Az xəbər verir ki, alimlərin apardığı araşdırmalar göstərir ki, insanın yaxın çevrəsində baş verən ayrılıqlar onun şəxsi münasibətlərinə də təsirsiz ötüşmür. James Fowler və Nicholas Christakis tərəfindən 2013-cü ildə həyata keçirilən tədqiqat maraqlı nəticələr ortaya qoyub.

Araşdırmaya əsasən, əgər yaxın dostunuz boşanarsa, sizin də boşanma ehtimalınız 75 faizədək arta bilər. Hətta birbaşa tanımadığınız, lakin dostunuzun çevrəsində olan şəxslərin ayrılığı belə riskin 33 faiz yüksəlməsinə səbəb ola bilər.

Mütəxəssislər bu fenomeni "sosial yoluxma" kimi izah edirlər. Yəni ətraf mühitdə boşanmaların artması bu prosesi daha adi və qəbul edilən bir hal kimi formalaşdırır.

Qeyd olunur ki, insanın sosial çevrəsi və ünsiyyətdə olduğu insanlar onun ailə münasibətlərinin davamlılığına ciddi təsir göstərə bilər.

Hüseyn
Milli.Az

Избранный
14
1
milli.az

10Источники