RU

Ötən ay 34 nəfər fiziki zorakılığa məruz qalıb - Komitə

Bakı. Trend:

Mart ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin sayıaçıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət KomitəsininHüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınmasısektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 2026-cı ilin mart ayı ərzində DövlətKomitəsinə məişət zorakılığı ilə bağlı 38 müraciət daxil olub:

"Müraciət edənlərin 8-i kişi, 29-u qadın, 1-i isə uşaq olub.Kişi müraciətləri ilə bağlı qeyd etmək istərdik ki, daxil olan 8müraciətin hər biri uşaqların anaları tərəfindən psixoloji vəiqtisadi zorakılığa məruz qalma halları ilə bağlıdır. Bumüraciətlərin heç biri fiziki zorakılıqla əlaqəli olmayıb; əsasənuşaqlarla bağlı ünsiyyət problemləri və digər məsələləri əhatəedib.

Komitəyə kişilər tərəfindən fiziki zorakılıqla bağlı müraciətdaxil olmayıb.

Ümumilikdə, daxil olan 38 müraciətin 34-ü fiziki, 2-sipsixoloji, 2-si isə iqtisadi zorakılıq halları ilə bağlı olub. Martayı ərzində Dövlət Komitəsinə cinsi zorakılıqla bağlı müraciətdaxil olmayıb".

O qeyd edib ki, bütün müraciətlər nəzarətə götürülüb və müvafiqtədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib.

Избранный
20
2
az.trend.az

3Источники