RU

SEPAH: Hörmüzdən icazəsiz keçən gəmilər məhv ediləcək

BAKI, 8 aprel. TELEQRAF

ABŞ və İsraillə atəşkəsdən sonra İran Hörmüz boğazını açmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

“İran Hərbi Dəniz Qüvvələri boğazda lövbər salan gəmilərə bu su yolundan keçmək üçün İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) icazə almalı olduqlarını bildirib.

Bölgədə olan mənbələr deyirlər ki, SEPAH Hörmüz boğazından icazəsiz keçən gəmiləri məhv etməklə hədələyib”, - mənbə qeyd edib.

Məlumata görə, İran boğazı aprelin 9-10-da aça bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.

Избранный
8
teleqraf.com

1Источники