RU

Tarixin 8 apreli...

Bu gün tarixin vərəqlərində 8 apreldəyik.

Hit.az bildirir ki, bu gün də tariximizin qanlı səhifə alarında yer alır.

Belə ki, bu günü də erməni vəhşiliyi ilə xatırlayırıq. Erməni silahlı qruplaşmaları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində qətliamdan törədiblər. Bu gün həmin faciədən 34 il ötür. Qətliam zamanı 130 evdən ibarət Ağdaban kəndi həmin gün tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 

Bu vəhşilik məlumatından sonra 8 apreldə başqa nələrin olduğunu deyil, sadəcə doğumlar və ölümləri yada salacağıq...

8 apreldə doğulanlar:
1956-cı ildə müğənni Yaqub Zurufçu, 1991-ci ildə futbolçu Filip Ozobiç və 1995-ci ildə futbolçu Tellur Mütəllimov dünyaya gəlib.

1929-cu ildə belçikalı müğənni Jak Brel, 1943-cü ildə ingilis yazıçı Ceyms Herbert, 1947-ci ildə amerikalı yazıçı Robert Kiyosaki, 1969-cu ildə portuqaliyalı müğənni Dulse Ponteş və 1975-ci ildə türkiyəli müğənnni Funda Arar doğulub.

8 apreldə vəfat edənlər:
1973-cü ildə ispan rəssam Pablo Pikasso, 1984-cü ildə Sovet fiziki Pyotr Kapitsa, 2002-ci ildə meksikalı aktrisa Maria Feliks, 2008-ci ildə rus aktrisa Nadejda Rumyanseva, 2008-ci ildə meyxanaçı Ağasəlim Çildağ, 2013-cü ildə Böyük Britaniya baş naziri Marqaret Tetçer, 2018-ci ildə amerikalı Çak Makkan və həmin ildə gürcü aktrisa Leyla Abaşidze vəfat edib.

Pərviz

Избранный
23
hit.az

1Источники