RU

İlham Əliyevdən Pezeşkiana TƏBRİK zəngi, Tramp və SEPAH-dan TƏCİLİ açıqlamalar – TV Musavat

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

"ABŞ İranda baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkə ilə sıx əməkdaşlıq edəcək". ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşım edib. Dövlət başçısı qeyd edib ki, artıq İranda uranın zənginləşdirilməsi prosesi dayandırılacaq: "ABŞ İranla birlikdə fəaliyyət göstərərək, yerin dərinliklərində gizlədilmiş bütün nüvə "tozlarını" B-2 bombardmançı təyyarələri ilə çıxaracaq və təmizləyəcək. Bu obyektlər hazırda və əvvəllər də Kosmik Qüvvələrin peykləri vasitəsilə ciddi nəzarət altında olub. Hücum baş verdiyi tarixdən bəri heç bir şeyə toxunulmayıb".

D.Tramp həmçinin rəsmi Tehranla sanksiyaların ləğvi və tariflərin yüngülləşdirilməsi barədə danışıqların aparıldığını bildirib: "Biz İranla tariflər və sanksiyaların qaldırılması məsələsini müzakirə edirik və edəcəyik. Tərəfimizdən təklif olunan 15 bəndlik planın bir çox hissəsi artıq razılaşdırılıb".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İran gündəmini siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
16
musavat.com

1Источники