RU

Real pasiyentlər, müasir avadanlıq və komanda işi - Baş həkim tələbələr üçün yeni imkanlardan danışıb

Bakı. Trend:

Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün beləbir klinikanın (Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası)açılması çox ciddi mərhələdir. Ən böyük dəyişiklik ondan ibarətdirki, tələbələr praktiki təcrübəni real pasiyent üzərində, klinikmühitdə öyrənəcəklər.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adınaAzərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdindəyaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının başhəkimi Dilqəm Məmmədov açıqlayıb.

Baş həkim qeyd edib ki, tibbdə ən vacib məsələlərdən biri dəpraktikadır. Tələbələr universitet dövründə klinik təcrübə keçsələrdə, müasir və yaxşı təşkil olunmuş klinika onların bu imkanlarınıdaha da genişləndirir. D.Məmmədov bildirib ki, klinikada tələbələrxəstələrin müayinəsində iştirak edir, həkimlərin qərarverməprosesini canlı izləyir, müasir tibbi avadanlıqlarla və komandaşəklində işləməyi mənimsəyir.Bu isə onların gələcəkdə dahahazırlıqlı həkim kimi formalaşmasına ciddi təsir edir.

Ən vacib məqamlardan biri də odur ki, tələbələr erkən mərhələdəncərrahi və klinik prosesləri görürlər. Onlar əməliyyatlara asistentkimi qatılırlar, pasiyentin əməliyyata hazırlanmasını və sonrakıbərpa prosesini izləyirlər, rekonstruktiv və estetik əməliyyatlarınfərqini praktik olaraq öyrənirlər.

Bu təcrübə kitabda oxunan bilikdən çox daha təsirlidir və yaddaqalıcı olur. Bundan əlavə, belə klinika tələbələrə öz sahəsini dahatez seçmək (məsələn, plastik cərrahiyyə, terapiya və s.), gələcəkdərezidenturaya daha hazır, beynəlxalq səviyyədə rəqabət qabiliyyətliolmaq imkanı verir. Ümumiyyətlə, ATU-da təhsil yalnız nəzəri deyil,həm də klinik baza üzərində qurulduğu üçün bu cür mərkəzlərtələbələrin inkişafında əsas rol oynayır.

Избранный
18
6
az.trend.az

7Источники