RU

Koşerbayev: Qazaxıstan-Azərbaycan münasibətləri əhəmiyyətli potensiala malikdir

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər ardıcıl şəkildə inkişaf edir və əhəmiyyətli potensiala malikdir.

"Report" Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu bu ölkənin XİN başçısı Yermek Koşerbayev bəyan edib.

Y.Koşerbayevin daxil olduğu Qazaxıstan nümayəndə heyətini bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

"Qazaxıstan-Azərbaycan münasibətləri davamlı, ardıcıl inkişaf xarakteri daşıyır və əhəmiyyətli potensiala malikdir. Biz qardaş Azərbaycanla müttəfiqliyi bundan sonra da möhkəmləndirmək və əməkdaşlığı yeni məzmun vermək üçün öhdəliyimizi ifadə edirik", - o bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsi ilk növbədə etimada əsaslanan dialoq sayəsində əldə olunub.

Избранный
7
1
far.az

2Источники