RU

Fransa yenidən silahlanmaya və nüvə arsenalının artırılmasına 36 milyard avro ayırmağı planlaşdırır

Bakı, 8 aprel, AZƏRTAC

Fransa nüvə arsenalını genişləndirən, raket və dron ehtiyatlarını artıran yenidən işlənmiş hərbi planlaşdırma qanununa əsasən, 2030-cu ilə qədər müdafiə xərclərini daha 36 milyard avro (39 milyard dollar) artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, avro zonasında ən böyük büdcə kəsirlərindən birinə baxmayaraq, təklif olunan artım Ukrayna və Yaxın Şərqdəki müharibələrin yaratdığı artan təhlükəsizlik təzyiqlərini, eləcə də Prezident Donald Trampın rəhbərliyi altında ABŞ-nin NATO qarşısındakı öhdəlikləri ilə bağlı artan qeyri-müəyyənliyi əks etdirir.

“Reuters” xəbər verir ki, 2024-2030-cu illəri əhatə edən yenidən işlənmiş qanun müdafiə xərclərinin hazırkı təxminən 2 faizdən onilliyin sonuna qədər ÜDM-in 2,5 faizinə qədər artırılmasını, illik büdcənin isə 2030-cu ildə 76,3 milyard avroya çatdırılmasını tələb edir ki, bu da 2017-ci il səviyyəsindən təxminən iki dəfə çoxdur.

Fransanın müdafiə naziri Ketrin Votrin çərşənbə günü dərc olunmuş qanun layihəsinin xülasəsində yazıb: “Beynəlxalq geosiyasət balansındakı dərin və amansız dəyişiklik bizi daha qətiyyətli və sürətli hərəkət etməyə məcbur edir. Fransa uzunmüddətli və çoxölçülü münaqişələrə doğru qlobal dəyişikliyi qəbul edib”.

Fransa NATO-nun 2 faiz hədəfinə çatsa da, maliyyələşdirdiyi müdafiə öhdəliklərinin diapazonu nüvə arsenalından təyyarə daşıyıcısına qədər əksər ölkələrdən daha genişdir. Eyni zamanda, o, 2029-cu ilə qədər büdcə kəsirini ÜDM-in təxminən 5 faizindən Avropa İttifaqının 3 faizi həddinə endirməyi hədəfləyir.

Müdafiə siyasətinin yenilənməsinin əsas elementlərindən biri nüvə çəkindirməsi amilini gücləndirməkdir. Qanun layihəsində nüvə xərclərinin ümumi müdafiə büdcəsinin təxminən 13 faizi həddində saxlanılması ilə yanaşı, nüvə başlıqlarının sayının artırılması təklif olunur.

Избранный
12
1
azertag.az

2Источники