Bakı. Trend:
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq müzakirəedilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov “X” hesabında paylaşım edib.
“SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə SerbiyaRespublikasının mədənçilik və energetika naziri Dubravka Dedoviçləgörüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında stratejitərəfdaşlığı və iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanıvurğuladıq.
Həmçinin enerji, "yaşıl texnologiyalar", infrastruktur, sənayevə investisiya sahələrində əməkdaşlığın hazırkı vəziyyətini vəgələcək perspektivlərini, o cümlədən SOCAR ilə əməkdaşlıqçərçivəsində görülən işləri və potensial birgə layihələri müzakirəetdik”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞdolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixracedilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminəgörə isə 73 min kubmetr və ya 0,2% azalıb.