AZ

Azərbaycanla Serbiya iqtisadi əməkdaşlığı müzakirə edilib

Bakı. TurkicWorld:

Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə Serbiya Respublikasının mədənçilik və energetika naziri Dubravka Dedoviçlə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığı və iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanı vurğuladıq.

Həmçinin enerji, "yaşıl texnologiyalar", infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini, o cümlədən SOCAR ilə əməkdaşlıq çərçivəsində görülən işləri və potensial birgə layihələri müzakirə etdik", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə 73 min kubmetr və ya 0,2% azalıb.

Seçilən
0
1
turkic.world

2Mənbələr