RU

ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə kim rəhbərlik edəcək? - Sürpriz ad

Cümə günü keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə İran İslam Şurası Məclisinin (Parlament) sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.

News365.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, Amerika nümayəndə heyətinə ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək.

Daha əvvəl isə ehtimal olunurdu ki, İran nümayəndə heyətinə Əraqçi rəhbərlik edəcək.

İran mediası yazır ki, İranın təklif etdiyi 10 maddəlik planın çərçivəsi təkcə nüvə proqramı və regional təhlükəsizliyi deyil, həm də son 45 ildə İrana tətbiq edilən ilkin və ikinci dərəcəli sanksiyaları əhatə edir.

Избранный
3
1
news365.az

2Источники