RU

Türkologiyanın geniş elmi formatı müəyyən edilib

Yazını böyüt
Yazını kiçilt

Birinci Türkoloji Qurultayın müasir dövrdəki əsas əhəmiyyətlərindən biri də türkologiya elminin sisteminə yenidən baxışın formalaşdırılması ilə bağlıdır. Qurultay çərçivəsində dilçilik, orfoqrafiya və metodika ilə yanaşı, ədəbiyyat, incəsənət, sənətşünaslıq, tarix, fəlsəfə, etnoqrafiya və digər sahələr üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılaraq mühüm qərarlar qəbul edilib. Bu baxımdan Birinci Türkoloji Qurultay türkologiyanın ümumi formatını və inkişaf istiqamətlərini müəyyən edən əsas platforma kimi çıxış edib.

Hafta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında deyib.

O qeyd edib ki, bu gün türkologiya deyildikdə daha çox dilçilik istiqaməti ön plana çəkilsə də, Birinci Türkoloji Qurultay bu elmin daha geniş və çoxşaxəli sistemini müəyyənləşdirib:

“Azərbaycan Milli Elmlər Akademiyasında, xüsusilə Dilçilik və Şərqşünaslıq institutlarında türkologiya elmi uzun müddət əsasən dilçilik istiqamətində inkişaf edib. Hazırda isə qurultayın müəyyən etdiyi geniş format nəzərə alınaraq yeni elmi yanaşmalar və tədqiqat istiqamətləri formalaşdırılır. Türkoloji Qurultayın ən mühüm xidmətlərindən biri vahid latın əlifbasının təşviqi olub. Türk dünyasında latın əlifbasına ilk keçid Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti tərəfindən həyata keçirilib. Bu gün türk dövlətləri 34 hərfdən ibarət vahid latın əlifbasını ortaq əlifba kimi qəbul ediblər və artıq bu əlifba ilə kitabların nəşri geniş vüsət alıb. Latın qrafikası müasir dövrdə türk xalqları arasında elmi, mədəni və informasiya mübadiləsini gücləndirən mühüm körpü rolunu oynamaqda davam edir”.

Избранный
7
1
hafta.az

2Источники