RU

Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı

Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az bildirir ki, Oxu.Az-a açıqlamasında idarənin Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov qeyd edib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud resurslardan daha səmərəli istifadə olunması və şagirdlər üçün daha əlverişli təhsil mühitinin yaradılmasıdır.

Biləsuvarda

"Optimallaşdırma ilə bağlı qərar qəbul edilərkən bir sıra mühüm meyarlar nəzərə alınır. Bunlara məktəblər arasındakı məsafə, pedaqoji və texniki heyətin məşğulluq səviyyəsi, şagirdlərin digər məktəbə keçirilməsinin tədrisin keyfiyyətinə mümkün təsiri, eləcə də valideynlərin və məktəb kollektivinin mövqeyi daxildir.

Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki ümumtəhsil müəssisəsi - Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumtəhsil orta məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi ilə bağlı hazırda ilkin təhlillər aparılır.

Məktəblər arasındakı məsafə təxminən bir kilometrdir. Aparılan müqayisəli təhlillər zamanı hər iki təhsil müəssisəsinin infrastrukturu və maddi-texniki bazası qiymətləndirilib. Nəticədə Ənvər Rəhmətov adına məktəbin binasının şagirdlərin təhsil alması üçün daha uyğun olduğu qənaətinə gəlinib. Məsələ ilə bağlı valideynlərlə görüş keçirilib və onların fikirləri öyrənilib. Hazırda optimallaşdırma ilə bağlı yekun qərar qəbul edilməyib. Təhlillər başa çatdıqdan sonra məsələ yenidən dəyərləndiriləcək, müvafiq qərar qəbul olunacaq və ictimaiyyət, o cümlədən valideynlər bu barədə əlavə olaraq məlumatlandırılacaqlar", - deyə R.Baxışov bildirib.

 

Избранный
12
1
bakivaxti.az

2Источники