RU

“Neft bahalaşıb deyə dərhal maaş və pensiyalar artırılmalıdır fikri əsassızdır” Pərviz Heydərov

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti son 18 illik rekordu aşıb. Xatırladım ki, bir barel neft indiyədək məsələn, "Brent" markası üzrə ən baha olaraq 2008-ci ilin iyulunda 147.50 ABŞ dolları həddində qeydə alınıb. Son zaman ərzindəsə ən kəskin ucuzlaşma 2020-ci ilin aprelində, pandemiya zamanı baş verib: "Brent" qısa müddət çərçivəsində 9.33 dollar olmuşdu. Tarixin ən aşağı göstəricisi isə 1998-ci ilin dekabrında 9.12 dollar səviyyəsində qeydə alınıb. Qeyd edim ki, ölkəmiz üçün 55-60 ABŞ dolları ən məqbul hədd sayılır. Cari il üzrə dövlət büdcəmizdə 65 dollar müəyyən edilsə də”.

İqtisadçı ekspert Pərviz Heydərov bunu 525.az-a söyləyib.

İqtisadçı bildirib ki, neft bahalaşıb deyə ölkədə misal üçün dərhal maaş və pensiyalar artırılmalıdır, yaxud artmalıdır kimi irəli sürülən bir sıra fikir və sorğular əsassızdır, məntiqə uyğun deyil. Bunun üçün dövlət büdcəsinin gəlir, xərclər hissəsinə yenidən baxılmalı, dürüstləşdirmə aparılmalıdır. Dünya bazarlarında neftin real qiymət səviyyəsinə görə hökumətin bu il qeyd olunan addımı atıb, atmayacağı isə hələ bəlli deyil. Lakin lap, cari ilin dövlət büdcəsində dürüstləşdirmə aparılsa, xərclər artırılsa da belə, sosial yönümdə maliyyələşdirmə genişləndirilməyəcək. Bu bəlkə də çox ciddi səhv olardı:

"Çünki hazırda çox həssas bir vəziyyətdir. Neftin bahalaşması ölkəyə həm də inflyasiya idxalı yaradır ki, artıq, hökumət qurumları da bunu etiraf edir və vəziyyətin getdikcə çətin ola biləcəyini proqnoz edirlər. Ona görə də növbəti sosial islahat paketi effektsiz nəticə verə bilər. Bu, ən yaxşı halda, növbəti ildə baş tuta bilər”.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
525.az

1Источники