RU

Kübra xanım Əliyeva ilə görüş – FOTO

İncəsənətimizin dəyərli siması, xəzinəsi Kübra xanım Əliyevanın ziyarəti

Busaat.az Doğru.az-a istinadən xəbər verir ki, bu gün bir qrup ictimai-siyasi fəaliyyəti fəal, ölkəmizin dəyərli və zəhmətkeş xanımları ilə birlikdə Azərbaycan incəsənətinin parlaq simalarından biri, sənət dünyamızın incisi, mədəniyyətimizin dəyərli xəzinəsi, milli-mənəvi sərvətimiz olan Kübra xanım Əliyevanı səhhəti ilə əlaqədar ziyarət edib.

Kübra xanım öz sənəti, zövqü, yaradıcılığı və mədəniyyətimizə bəxş etdiyi dəyərli töhfələrlə hər zaman xalqımızın sevgisini qazanmış, incəsənət tariximizdə özünəməxsus iz qoymuş dəyərli sənətkarlardandır. O, təkcə bir sənətkar deyil, həm də incəsənətimizin canlı əfsanəsi, sənət aləmimizin qiymətli incisi və xalqımızın qəlbində xüsusi yeri olan dəyərli bir şəxsiyyətdir.

Görüş zamanı məlum olub ki, Kübra xanımın oğul nəvəsi Ağəli hərbi xidmətini şərəflə başa vuraraq evinə sağ-salamat qayıdıb. Bu münasibətlə Kübra xanıma gözaydınlığı verilib, Ağəliyə isə Vətənə xidmət yolunda göstərdiyi xidmətə görə uğurlar arzulayıblar.

Belə sənət adamları xalqın sərvəti, milli ruhumuzun daşıyıcısı, mənəvi yaddaşımızın canlı səhifələridir. Onların varlığı, sənəti və ömür yolu gələcək nəsillər üçün örnək, mədəniyyətimiz üçün isə böyük bir dəyərdir.

Bu ziyarət sadəcə bir görüş deyil, həm də sənətə, sənətkara, zəhmətə, istedada və milli dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir. Kübra xanıma Uca Allahdan tezliklə şəfa, möhkəm can sağlığı və uzun ömür arzulayırıq. İnşallah, hər zaman sağlam və xoş günlər içində olsun.

image-ce42a724-468c-4272-ba12-0f183c4bc604 image-51c942f4-f0cd-483b-a039-ec2eca326e2d image-86308c61-e0ca-4e62-a575-721c1d649a14 image-d18f9e8f-647c-4e4e-aae6-991120084bfc image-8d5a03d2-475c-4a50-8699-a9c8a2b83d74 image-fd44f305-075c-4fae-bcc1-9a63e10169be image-28145a42-2add-4b7f-8993-55ca531ff7eb

Избранный
13
busaat.az

1Источники