RU

Putin Paşinyana qarşı hücuma keçdi: Qapalı görüşdə nələr baş verib?

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 1-də Moskvada baş tutan görüşünün pərdəarxası detalları haqda məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri bağlı qapılar arxasında kifayət qədər sərt söhbətin aparıldığını iddia edir.

Nəşr yazır ki, Moskva Paşinyanla hansısa razılaşmanın əldə edilməsinin mümkün olmadığını anladı, buna görə praktiki addımlar atmağ başladı.

“Kreml Paşinyan hökuməti ilə əlaqələrə malik olan iş adamlarının, şirkətlərin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək qərarına gəlib. Rusiyaya spirtli içkilər ixrac etmək icazəsi olan “Proshyan Brandy Factory” şirkətinin lisenziyasının ləğv edilməsi haqda söhbətlər gedir. Hətta ruslarla nisbətən isti münasibətlər quran Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və ətrafı arzuolunmaz şəxs elan edilib”, - nəşr iddia edir.

Избранный
10
1
publika.az

2Источники