RU

Rəsmi Bakıdan ABŞ-İran atəşkəsinə REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ ilə İran arasında əldə edilən atəşkəsə dair bəyanat yayıb.

Turkustan.az-ın məlumatına görə bəyanatda deyilir:

"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır".

Избранный
15
13
turkustan.az

10Источники