RU

Rəsmi Bakı ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır

ABŞ və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Bu barədə Heftelik.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk. Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq”, – XİN-dən bildirilib.

Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırıb: “Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır”.

Избранный
14
47
heftelik.az

10Источники