RU

Bill Qeyts Epşteynlə əlaqələri barədə ABŞ Konqresinə ifadə verəcək

Amerikalı iş adamı Bill Qeyts, pedofiliya ittihamı ilə üzləşən maliyyəçi Ceffri Epşteynin işi üzrə istintaq çərçivəsində iyunun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasında ifadə verəcək. Oxuməni.az xəbər verir ki, bu barədə MS NOW telekanalının müxbiri Mikaela Şnell mənbələrə istinadən məlumat verib.

Şnell "X" sosial şəbəkəsində yazıb: "Bill Qeyts iyunun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi qarşısında rəsmi ifadə verməlidir".

Martın 4-də xəbər verildiyi kimi, Qeyts mayın 19-da Nümayəndələr Palatasının komitəsinə ifadə verməsi nəzərdə tutulub. Milyarderlə yanaşı, komitə sədri Ceyms Komer altı nəfəri də dəvət edib. Onların arasında Barak Obamanın dövründə Ağ Evin hüquq məsələləri üzrə müşaviri Ketrin Rümmler, sabiq prezident Bill Klintonun şəxsi köməkçisi Daq Bend də var idi.

Fevralın 4-də Qeyts “9News” telekanalına verdiyi müsahibədə Epşteynlə ünsiyyətinə peşman olduğunu bildirib. Microsoft şirkətinin həmtəsisçisinin sözlərinə görə, onlar 2011-ci ildə tanış olublar və üç il ərzində bir neçə dəfə nahar ediblər. İş adamının nümayəndəsi KİV-in Qeytsin Epşteynin villasına gedən qızlarla görüşdükdən sonra cinsi yolla keçən xəstəliyə yoluxması barədə məlumatını təkzib edib.

Almaz Həsənli

Избранный
10
oxumeni.az

1Источники