RU

Tbilisidə əcnəbini qətlə yetirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Tbilisidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1991-ci il təvəllüdlü N.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü İ.M. adlı xarici ölkə vətəndaşına soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs hazırda tibbi müəssisədə müalicə olunur.

Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı cinayətin törədilməsindən qısa müddət sonra yaxalanıb.

Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını günahı sübuta yetiriləcəyi təqdirdə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Избранный
15
5
apa.az

6Источники