RU

Kişilər bəsitdir, qadınlar mürəkkəb. Bizim də bığımız çıxır, amma...

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serenay Aktaş kişilər haqqında dediyi sözlərlə maqazin gündəmini silkələyib. Keçmiş "Survivor" iştirakçısı və aktrisa qatıldığı verilişlərin birində qadın-kişi münasibətləri barədə olduqca səmimi etiraflar edib. Demokrat.az bildirir ki, Serenay Aktaşın xüsusilə evlilikdən sonrakı gözləntilərlə bağlı fikirləri müzakirələrə yol açıb.Açıqsözlülüyü ilə tanınan aktrisa münasibətlərdə qadınların üzərinə qoyulan baxımlı olmaq məsuliyyətini tənqid edib. Təbiiliyin hər şeydən vacib olduğunu deyən Serenay qadınların hər zaman qüsursuz görünmək məcbariyyətində olmadığını vurğulayıb."Mən hər zaman baxımlı ola bilmərəm. Evlənmişik deyə sən o tüklü sinənlə orada uzanırsan, başa düşdün? Məni əsəbiləşdirmə. Bizim də qaşımız çıxacaq, bığımız tüklənəcək, biz də özümüzü boş buraxa bilərik. Siz daha bəsitinsiniz, biz isə çətinik" deyən Aktaşın bu çıxışı sosial şəbəkələrdə sürətlə yayılıb.Bir çox istifadəçi aktrisanın bu fikirlərinə dəstək verərək qadınların üzərindəki xarici görünüş təzyiqinin yersiz olduğunu qeyd edib. Aktaşın təbiilik vurğusu həm izləyicilər, həm də maqazin mediası tərəfindən geniş maraqla qarşılanıb.

 

İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
demokrat.az

1Источники