RU

Yapon dənizinə doğru raketlər atılıb

Yazını böyüt
Yazını kiçilt

Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.

Hafta.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər yerli vaxtla təxminən saat 8:50-də (Bakı vaxtı ilə 3:50 - red.) Vonsan rayonundan buraxılıb. Bu, ilin əvvəlindən Şimali Koreyanın dördüncü raket buraxılışıdır.

"Yonhap" agentliyi Cənubi Koreya rəsmilərinə istinadən xəbər vermişdi ki, aprelin 7-də Şimali Koreya raket sınaqları keçirib.

Qeyd edək ki, aprelin 6-da Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsindən fərdi şəxslər tərəfindən Şimali Koreyaya doğru dronlar buraxıldığına görə Şimali Koreyadan üzr istəyib. Şimali Koreya lideri Kim Çen In isə bunu "alicənab bir insanın hərəkəti" hesab edib.

Aprelin 7-də Cənubi Koreyanın Birləşmə Nazirliyində belə reaksiyanı ikitərəfli münasibətlərdə "irəliləyiş" kimi qiymətləndiriblər. Sonradan Şimali Koreyanın Xarici İşlər Nazirliyi bu şərhə belə cavab verib:

"Cənubi Koreyanın Şimali Koreya üçün ən düşmən dövlət kimi mahiyyəti dəyişdirilə bilməz".

Избранный
7
hafta.az

1Источники