RU

Felipe Santosdan yubiley

ain.az, Apasport portalına istinadən məlumat yayır.

Felipe Santos Premyer Liqada 25-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı legioneri Misli Premyer Liqasının XXVI turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb.

O, 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/22 mövsümündə debüt edən yarımmüdafiəçi üç klubda forma geyinib.

Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.  Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

Dambrauskas: “Bizim üçün böyük uğurdur”

“Sabah” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB

“Zirə”nin məşqçisi: “Bizim günümüz deyildi”

Ayxan Abbasov: “Növbəti oyun üçün gərək 11 nəfər tapaq”

“Şamaxı” “Zirə” səfərindən bir xalla qayıdır - YENİLƏNİB

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
4
apasport.az

10Источники