RU

İsrail tarixində bu cür siyasi fəlakət olmayıb Lapid

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Bu cür siyasi fəlakət bütün tariximizdə heç vaxt baş verməyib.

Axar.az xəbər verir ki. bu sözləri İsrailin ana müxalifət partiyası “Yeş Atid”in (Gələcək Var) sədri Yair Lapid ABŞ-la İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasını şərh edərək deyib.

O bildirib ki, İsrail öz milli təhlükəsizliyinin taleyi barədə qərar vermək üçün masada belə oturmayıb:

“Netanyahu siyasi və strateji cəhətdən uğursuzluğa düçar oldu, qarşısına qoyduğu heç bir məqsədə çatmadı”.

Qeyd edək ki, ABŞ və İran arasında bu gün iki həftəlik atəşkəs əldə olunub. Atəşkəs müddətində sülh şərtləri müzakirə olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
axar.az

1Источники