"Linkoln Siti" 65 il sonra ilk dəfə Çempionşipə vəsiqə qazanıb.
QOL.az xəbər verir ki, sözügedən kollektiv bunu "Readinq"i 2:1 hesabı ilə məğlub etməklə rəsmiləşdirib. 9 xala malik lider komanda sona 6 tur qalmış 3-cü yerdəki "Bredford Siti" ilə xalq fərqini 19-a yüksəldib.
Bununla da "Linkoln Siti" Çempionşipə vəsiqəni təmin edib.
"Linkoln Siti" sonuncu dəfə 1961-ci ildə Çempionşipdə mübarizə aparıb.