RU

Ermənistan və Hindistan maliyyə sahəsində əməkdaşlığı genişləndirir » AzadMedia.az


Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan Hindistanın Ermənistandakı səfiri Nilakshi Saha Sinha ilə görüş keçirib. Görüş zamanı tərəflər iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını müzakirə ediblər.
Ermənistan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər dövlət maliyyəsinin idarə olunması sahəsində əməkdaşlıq barədə memorandum imzalamağı planlaşdırırlar.
Qurumdan bildirilib ki, sənədin əsas məqsədi dövlət maliyyə sistemlərinin səmərəliliyinin artırılmasıdır. Bununla yanaşı, tərəflər daxili audit və rəqəmsal transformasiya istiqamətlərində təcrübə mübadiləsi aparmağı nəzərdə tuturlar.
Избранный
8
1
azadmedia.az

2Источники