Türkiyə Parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini nəzərdən keçirməyə başlayıb. Təşəbbüs platformalardan yaş təsdiqləmə sistemləri qurmağı, valideyn nəzarəti vasitələri təmin etməyi və şirkətlərdən zərərli hesab edilən məzmuna dərhal reaksiya verməyi tələb edir.
Associated Press-in məlumatına görə, onlayn oyun şirkətlərindən yeni qaydalara uyğunluğu təmin etmək üçün Türkiyədə nümayəndə təyin etmələri tələb olunacaq. Potensial sanksiyalara platformalar üçün bant genişliyinin azaldılması və cərimələr daxildir.
Türkiyə hökuməti hesab edir ki, təklif hər cür təhdid və zərərli məzmundan qaynaqlanan onlayn riskləri azaltmaq, eləcə də uşaqların məxfiliyini qorumaq məqsədi daşıyır. 16 yaşdan kiçik uşaqlar üçün oxşar məhdudiyyət ötən ilin dekabr ayından bəri Avstraliyada qüvvədədir. Oxşar təşəbbüslər bu ilin mart ayında İndoneziya və Braziliyada qəbul edilib və İspaniya, Fransa və Birləşmiş Krallıqda da nəzərdən keçirilir.
Əziz MUSTAFA