RU

Avtomobil sənayesində kiberhücumlar artıb FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

2025-ci ildə avtomobil sənayesində kiberhücumlar 40 faizədək artıb. 2026-cı ildə hücumlar daha intensiv xarakter alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “JP Morgan” Bankı məlumat yayıb. Hesabatda bildirilir ki, kibermüdaxilələr konveyerin dayanmasından tutmuş avtomobilin sürücüyə tabe olmamasınadək fərqli hadisələri əhatə edir.Bu sahədə ən zəif həlqə təchizatçılardır.

Kibertəhdidlərlə ən çox üzləşənlər məhz onlardır. Növbəti yerdə istehsalçılar, ən sonda isə avtomobil sahibləri gəlir.

2025-ci ildə avtomobillərə məsafədən hücumla bağlı 328 fakt aşkar edilib ki, bu da illik əsasda 8 faiz artım deməkdir.

2026-cı ildə provayderlərə kütləvi hücumlar avtomobillərin siqnallaşma sistemlərində ciddi nasazlıqlarla müşayiət olunub.

Avtomobillərə kiberhücumlar əsasən aşağıdakı kimidir:

İnternetə qoşulmuş maşınlara hücumlar;

Yalançı yenilənmələr;

Avtomobilə məsafədən müdaxilə;

Avtomobilin elektronikasına müdaxilə.

Köhnə texnologiyalı avtomobillər üçün kibertəhdid heç bir risk yaratmır. XX əsrdə istehsal olunmuş maşınlara məsafədən müdaxilə mümkün deyil.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
avtosfer.az

1Источники