"Bayern Münhen"in ingilis forvardı Harri Keyn UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Real Madrid"ə qol vurub.
Fanat.Az xəbər verir ki, bununla da o, qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 67 oyunda vurduğu qolların sayını 51-ə çatdırıb.
"Opta"-nın hesablamasına görə, bununla da, Keyn Məhəmməd Salah və Tyerri Anrini geridə qoyub. Salahla Anrinin hesabında 50 qol var. Üstəlik, 32 yaşlı forvard Çempionlar Liqasının bombardirlərinin siyahısında ilk "10-luğ"a yüksəlib.
Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 49 qol vurub və 5 məhsuldar ötürmə edib.