RU

Qazilərə qarşı dələduzluq edən keçmiş şöbə müdiri ilə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Məmməd Ağakişiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttiham aktına görə, Məmməd Ağakişiyev beş nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 600 manat pulunu alıb.

 

Zərərçəkənlərin ikisi Qarabağ qazisidir. Məmməd Ağakişiyev isə cinayət işi başlayana qədər, yəni 2023-cü ilin sentyabr ayına kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Bakı Apellyasiya Məhkəməsinin apellyasiya şikayətlərini təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 8 Aprel 2026, 09:30   
Избранный
24
pravda.az

1Источники