RU

“Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasındakı münasibətlər...”

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Ölkəmiz Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasındakı münasibətlər uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bu gün Azərbaycan və Gürcüstan arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər biribirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. 
İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. SOCAR tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirilir, yeni layihələr hazırlanır. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr regional əməkdaşlıqğın uğurlu nümunəsi olaraq qalmaqdadır. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət etir və bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib. Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb.

2026-cı il aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana növbəti dəfə işgüzar dövlət səfərinə gedib. Səfər çərçivəsində ölkə başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə təbətək  keçirdiyi yüksək səviyyəli görüşlər regionun siyasi mənzərəsini müəyyən edən strateji hadisədir. Bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, iki ölkə arasındakı münasibətlər sadəcə mehriban qonşuluq müstəvisini çoxdan aşaraq, dərin etimada və sarsılmaz qardaşlıq bağlarına söykənən strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ölkə başçısı bəyanatında bildirib ki, iki ölkə arasındakı tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.

Həmçinin ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan- Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.
Ölkə başçısının bu səfəri və aparılan müzakirələr göstərir ki, Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə, yüksələn xətt üzrə inkişaf edir. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahına deyil, həm də bütün Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edir. Dostluğa və strateji tərəfdaşlığa söykənən bu birliyin sarsılmazlığı regionun gələcək təhlükəsizliyinin ən böyük təminatıdır.

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini

Избранный
19
1
redaktor.az

2Источники