ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ÇL-də nəhənglərin dueli
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Görüşlərin hər biri azarkeşlər tərəfindən maraqla gözlənilir. Belə ki, PSJ evdə "Liverpul"u qəbul edəcək. Digər matçda isə "Barselona" "Atletiko" ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları 14 və 15 apreldə keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
8 aprel
23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)
23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
7 aprel
"Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:2
"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.