BAKI, 8 aprel. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Teleqraf xəbər verir ki, iki oyun baş tutacaq.
İspaniya təmsilçiləri "Barselona" və "Atletiko Madrid" qarşı-qarşıya gələcək. Fransanın PSJ klubu isə İngiltərə təmsilçisi "Liverpul"u qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
8 aprel
23:00, "Barselona" (İspaniya) - "Atletiko Madrid" (İspaniya);
23:00, PSJ (Fransa) - "Liverpul" (İngiltərə).