RU

“Ardıcıl geri çəkilmə”: Trampın İranın bombardmanını təxirə salması nə deməkdir?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna zərbələrin endirilməsini iki həftə müddətinə təxirə saldıqlarını açıqlayıb. O bildirib ki, bu müddətdə Vaşinqton və Tehran arasında qarşılıqlı atəşkəs qüvvədə olacaq.

Bizimyol.info xəbər verir ki, Trampın sözlərinə görə, qərar Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ilə aparılan danışıqlardan sonra qəbul edilib. Onlar ABŞ-dan İrana qarşı “dağıdıcı gücdən” istifadəni təxirə salmağı xahiş ediblər.

ABŞ lideri qeyd edib ki, əsas şərtlərdən biri İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olmasıdır. O, əlavə edib ki, bu addım qarşılıqlı atəşkəs çərçivəsində həyata keçiriləcək.

Tramp qərarını ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdə qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirməsi və hətta üstələməsi ilə əsaslandırıb. Məlumata görə, Çin Xalq Respublikası da İrana təsir edərək müvəqqəti atəşkəsə razılıq verməyə çalışıb.

Atəşkəsin şərtləri:

Vaşinqtonun İrandan 10 maddədən ibarət təklif aldığı bildirilir. Tramp bu sənədi gələcək danışıqlar üçün “işlək əsas” kimi qiymətləndirib və iki həftə ərzində yekun razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.Mediada yayılan məlumatlara görə, İsrail də iki həftəlik atəşkəs təşəbbüsünü dəstəkləyib. Razılaşmaya əsasən, atəşkəs müəyyən şərtlərlə ABŞ, İran və İsrail arasında tətbiq olunacaq.İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, atəşkəs əldə olunduqdan sonra iki həftə ərzində Hörmüz boğazından keçid tam azad olacaq.Şahbaz Şərif isə atəşkəsin dərhal qüvvəyə mindiyini və “Livan da daxil olmaqla hər yerdə” tətbiq ediləcəyini qeyd edib.

ABŞ və İran arasında nizamlanmaya dair danışıqların ilk mərhələsinin 10 aprel tarixində İslamabad şəhərində keçirilməsi gözlənilir.

İran tərəfi isə bildirib ki, qarşı tərəflə danışıqlar 15 gün ərzində baş tutacaq. Ağ Evin sözçüsü Karolayn Levitt birbaşa təmasların müzakirə edildiyini açıqlayıb.

Məlumata görə, danışıqlarda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner iştirak edə bilər.

Tramp danışıqların nəticələri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.

İran dövlət televiziyası Trampın qərarını “ardıcıl geri çəkilmə” kimi qiymətləndirib. Rəsmi Tehran ABŞ və İsrail üzərində “qəti qələbə” əldə etdiyini iddia edib. Bildirilib ki, İranda insanlar küçələrə çıxaraq ABŞ və İsrailin “məğlubiyyətini” qeyd ediblər.

İraq və Misir atəşkəs elanını alqışlayıb. Avstraliya da təşəbbüsü dəstəklədiyini bildirib. İsrail hökuməti Trampın qərarına dəstək verib.

BMT-nin Baş katibi Antonio Quterreş atəşkəsi müsbət qiymətləndirərək tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
bizimyol.info

1Источники